XƏBƏR

ATU-da COVID-19 testlərinin işlənməsi üçün xüsusi mərkəz yaradılıb

date 30 İyun 2020

ATU-da COVID-19 testlərinin işlənməsi üçün xüsusi mərkəz yaradılıb

Azərbaycan Tibb Universiteti (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Mərkəzi Laboratoriyada COVID-19 testlərinin işlənməsi üçün xüsusi mərkəz yaradılıb.

e-tibb.az xəbər verir ki, klinkanın açıqladığı məlumata görə, bu mərkəzdə SARS-CoV-2 infeksiyasının diaqnostikasında istifadə edilən COVID-19 testlərinin işlənilməsi üçün, ölkənin ən çox analiz etmə qabiliyyətinə malik olan ATU TTK COVID-19 PCR Test Mərkəzi qurulub.

Modern avadanlıqlarla təmin edilmiş laboratoriyada gün ərzində olduqca çox sayda test işlənilir. Reaktivlər olduqca keyfiyyətli, həssaslığı və spesifikliyi yüksəkdir. Bundan başqa, laboratoriyada xəstələrin sirrlərinin qorunmasına son dərəcədə yüksək əhəmiyyət verilir, məlumatlar üçüncü bir şəxslə paylaşılmır. Nəticələr TƏBİB-ə aid LIS sisteminə daxil edilir.
Gigiyena qaydalarına son dərəcədə diqqət edilir və laboratoriyada bu günə qədər heç bir işçidə COVID-19 xəstəliyi aşkar olunmayıb. Laboratoriyanın idarəsini uzun illər Türkiyədə fəaliyyət göstərən laboratoriya müdiri dosent
İskender Karaltı aparır.

Qeyd edək ki, laboratoriyada 3 həkim-mütəxəssis, 6 həkim-rezident və 2 laborant fəaliyyət göstərir.