XƏBƏR

Ən faydalı qidalar – Orqanizm üçün nələr daha xeyirlidir?

date 2 Avqust 2020

Ən faydalı qidalar – Orqanizm üçün nələr daha xeyirlidir?

Orqanizmin ehtiyac duyduğu vitaminlər, minerallarla daha çox zəngin olan, əksər orqanları, immun sisitemini gücləndirən, metobalizm prosesini sürətləndirən bir çox təbii qidalar var. Vaxtaşırı olaraq həmin qidaların siyahısı, faydaları barədə məlumatlar yayılır. Bu dəfə də alimlər orqanizmi qorumaq, ömrü uzatmaq, daha sağlam yaşamaq üçün hansı qidalara daha çox üstünlük verməli olduğumuzu açıqlayıblar.

e-tibb.az Türkiyə mətbuatına istinadən həmin qidaları təqdim edir:

Kefir- kalsium, fosfor və maqnezium, protein mənbəyidir. İmmun sistemini gücləndirir. Gündə bir stəkan yemək olar.

Banan- potasiumla zəngindir, ən çox ürəyi qoruyur. Bir gündə bir orta ölçülü banan yemək olar.

Moruq- sağlam hüceyrələrin məhv olmasının qarşısını alır, ürək üçün faydalıdır. Artıq çəkiyə qarşı da qəbul oluna bilər.

Portağal-immun sistemi üçün çox faydalıdır, C vitamini qaynağıdır. Həmçinin xolesterini və yüksək təzyiqi endirməyə yardım edir. Bir gündə bir ədəd yemək olar.

Kivi- portağaldan da artıq C vitamini mənbəyidir, həmçinin E vitamini qaynağıdır, güclü antioksidantdır, potasium, maqnezium və sinklə də zəngindir. Bir gündə bir ədəd yeyilə bilər.

Nar- C vitamini və potasiumla zənginliyinə görə digər bütün meyvələrdən üstündür. O biri meyvələrlə müqayisədə daha az kalorilidir. Hər gün nar yemək xərçəng riskiini də azaldır.

Pomidor- enerji deposudur. Xərçəngə qarşı ən effektiv silah sayılır. Gündə bir ədəd yemək tövsiyə olunur.

Qoz- hər 28 qramında 4 qram protein var. Ürək sağlamlığı üçün faydalıdır. Çəkinin nizamda qalmasına yardım edir. Xərçəngə qarşı da istifadə oluna bilər.

Qatıq- təbii qatıq kalsium, potasium, proteinlə zəngindir. Bağırsaqlar üçün faydalı olan bakteriyaları gücləndirir,  A, D, E ve K vitaminləri ifraz edir. Bir gündə 200 qram yemək olar.

Təmiz buğda çörəyi-buğdada olan liflər yoğun bağrsaq xərçəngi riskini 40 faiz azaldır. İmmunitetin normal çalışmasına yardım edir. Bir gündə bir dilim buğda çörəyi yemək olar.

 

Badam- xolesterin səviyyəsini normada saxlayır. Bağırsaqların fəaliyyətini nizamlayır. İmmuniteti gücləndirir. E vitamini ilə zəngindir. Qocalmağı ləngidir. Gündə 5 ədəd tövsiyə edilir.

 

Sarımsaq- virusla mübarizə aparır, immuniteti gücləndirir. Ürəyi qoruyur. Bir gündə bir diş sarımsaq yemək olar.

 

Cirə - ürəyə faydalıdır, iltihabı azaldır, imminiteti gücləndirir. Gündə bir yemək qaşığı istifadə oluna bilər.

 

Zeytun yağı- immun sistemini gücləndirir. Ürəyi qoruyur, viruslara qarşı təsirilidir.

 

Yaşıl mərcimək - Bir qab yaşıl mərciməkdə 18 qram protein, 16 qram lif, 1 qramdan az yağ var. İspanaqdan 30 faiz daha çox fol turtşusu ehtiva edir. Sink və B vitamini deposudur. Ürəyi qoruyur, qanda şəkəri nizamlayır. Dəmirlə zənginliyi sayəsində metabolizmanı dəstəkləyir.

 

Ən faydalı qidalar siyahısında daha sonra bunlar yer alıb:

 

Çuğundur yarpağı

Göbələk

Darçın

Balqabaq

Badımcan

Balıq məhsulları

Kətan toxumu

Yulaf yarması

İspanaq

Gül kələm

Brokoli

Avokado

Kələm

Şəkər çuğunduru

Zəncəfil

Qreyfrut

Yumurta

Soğan

Razyana

Narıngi