XƏBƏR

Qana tələbat artıb-Donorlara MÜRACİƏT

date 30 İyun 2020

Qana tələbat artıb-Donorlara MÜRACİƏT

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

e-tibb.az müraciəti təqdim edir:

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması, talassemiya, hemofiliya, leykoz, eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb:

Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir.

Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb.

Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et 

Mərkəzi Qan Bankının ünvanı: Mirəli Qaşqay küçəsi 87

Əlaqə: 907, 012-440 65 86, 012-440 78 50, 012-441 66 52